XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 17:27

Azərbaycan və Türkiyə hərbi istehkamçıları Ağdamda –VİDEO

Azad edilmiş Ağdam rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti Azərbaycan Mühəndis Qoşunlarının bölmələri ilə birgə mühəndis təminatı üzrə tapşırıqları icra edir.

Bu barədə Müdafiə Nazirliyindən Strateq.az-a bildirilib ki, hər iki ölkənin hərbi istehkamçıları əkin sahələri və əlaqə yollarını mina və partlamamış mərmilərdən təmizləyərək istifadəyə yararlı vəziyyətə gətirir.

Bildirilib ki, azad edilmiş ərazilərimizdə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.