XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 18:42

Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub –Qarabağla bağlı

Azərbaycan Baş naziri Əli Əsədov və Rusiya Baş naziri Mixail Mişustin arasında bu gün telefon danışığı olub.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında tərəflər Dağlıq Qarabağda bərpa işləri və iqtisadi inkişafla bağlı birgə səylərin göstərilməsini vacib sayıblar.

Azərbaycan və Rusiya Baş nazirləri iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, energetika, sənaye, nəqliyyat və digər sahələrdə birgə layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırıblar. Eyni zamanda yeni dərman vasitələri və peyvəndlərdən də istifadə edilməklə, yeni növ koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə tədbirləri də diqqət mərkəzində olub.

Ə. Əsədov və M. Mişustin qarşıdan gələn Yeni il münasibətilə bir-birini təbrik edib/APA.