XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 00:56

Daha bir deputat Paşinyanın fraksiyasını tərk etdi:"Xalqın ədalətli tələblərini səsləndirməyi özümə borc bilirəm"

Ermənistan parlamentinin deputatı Anna Qriqoryan “Mənim addımım” fraksiyasını tərk edib.

Bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib.

Deputat buna baxmayaraq, mandatından imtina etməyib: “Əziz həmyerlilər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamağa, amma “Mənim addımım” fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan, xalqın ədalətli tələblərini səsləndirməyi öz borcum hesab edirəm”.

O, qeyd edib ki, bundan sonra parlamentdə mandatını müstəqil, siyasi mənsubiyyəti olmayan deputat kimi saxlayacaq/Report.