XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 14:56

Peyvəndin yaradıcısı:“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq”

Koronavirus ən azından 10 il boyunca insanların gündəmindən çıxmayacaq.

APA-nın yerli bürosunun NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə “BioNTech”/”Pfizer” peyvəndinin yaradıcısı, professor Uğur Şahin həyatın nə vaxt normallaşacağına dair suala cavabında bildirib.

“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq”, – deyə U. Şahin vurğulayıb.

Qeyd edək ki, U. Şahin bir müddət əvvəl peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağını bildirib.