XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 15:54

Zakir Həsənov yaralı hərbçilərlə görüşüb –VİDEO

Dekabrın 31-də Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Strateq.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan Vətən müharibəsi qaziləri ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib.