Daşkəsəndə ölümlə nəticələn qəza baş verib.
Hadisə rayonun girişində qeydə alınıb.
Hərəkətdə olan “Qazel” markalı yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 1999-cu il təvəllüdlü Kərimov Nəriman Adil oğlu ölüb, bir nəfər isə xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa)