XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 20:58

FIDE reytinqi:Məmmədyarov və Rəcəbov mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

FIDE-nin rəsmi saytı xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2 770 xal var.

2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Nicat Abbasov 2 668 xalla bir pillə irəliləyərək, 70-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2 665 xalla 74-cü sıradakı yerini qoruyub. Rauf Məmmədovla (2 654) Arkadi Naydiçin (2 649) mövqeyində də dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 92 və 100-cü pillələrdə qərarlaşıblar olub.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 823 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan 2 443 xalı olan Günay Məmmədzadə 31-ci sırada qalıb. 2 382 xala malik Gülnar Məmmədova 2 pillə irəliləyərək 79-cu pilləyə yüksəlib. 2 376 xalı olan Xanım Balacayeva isə 90-cı sıradakı mövqeyini qoruyub. (report)