XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

01 Yanvar 2021 - 23:16

Mingəçevirdə PPX avtomobili qəzaya uğrayıb –FOTO

Mingəçevirdə yanacaq daşıyan avtomaşın polis avtomobilinə çırpılıb.

Hadisə Heydər Əliyev prospektində, Kür çayı üzərindən keçən nəqliyyat körpüsü yaxınlığında baş verib.

Texniki nasazlıq səbəbindən idarəetmədən çıxan benzindaşıyan “KamAZ” markalı yük maşını yolun kənarında dayanmış vəziyyətdə olan “FIAT” markalı post patrul xidməti avtomobilinə çırpılıb. Polis maşını ciddi zərər görsə də, qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (apa)