XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2021 - 12:04

Son iki gündə 6 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb –DİN

Son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 6 nəfər barəsində isə cinayət işi başlanılıb.

DİN-dən bildirilib ki, vu istiqamətdə tətbiq edilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir: “Ona görə də, vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik”.