Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Gəncə aeroportuna enib.
20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir.
Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var.
Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər. (report)