XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

02 Aprel 2016 - 17:56

Obama xəbərdarlıq etdi:"Əgər nə vaxtsa o başıxarabların..."

Vaşinqtonda nüvə sammitindəki çıxışında ABŞ prezidenti Barak Obama qlobal təhlükəsizlik üçün ən böyük təhdidin nə olduğunu açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Obamanın fikrincə, bu, nüvə silahının İŞİD-in əlinə keçməsidir.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət nüvə terrorunun qarşısını almaq üçün konkret tədbirlər görüb. Və hələlik heç bir qruplaşma kütləvi qırğın silahına sahib deyil. Lakin bu silahların İŞİD-in əlinə keçməsi təhlükəsi hələ də qalmaqdadır: «Əgər nə vaxtsa o başıxarabların əlinə nüvə bombası və ya nüvə məhsulları keçsə, şübhə yoxdur ki, onlar istədikləri sayda adamı öldürəcəklər. Biz riskləri xeyli azaltmışıq, amma nüvə terroru ilə bağlı təhdidlər qalmaqdadır».

Obama artıq bir çox dövlətlərdə nüvə obyektlərinin mühafizəsinin gücləndirildiyini də diqqətə çatdırıb.