XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 14:18

Erməni əsirliyindən qayıdan hərbçi:“Mənə kəlbətinlə işgəncələr verir, iynələr vururdular”

“Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun müdrik siyasəti nəticəsində biz öz vətənimizə qayıtmışıq”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Mobil Əhmədzadə deyib.

O bildirib ki, Xankəndi-Şuşa yolu istiqamətində ağır yaralanıb, 5 gün meşədə qaldıqdan sonra əsir götürülüb: “34 gün əsirlikdə olmuşam. Mənə kəlbətinlə işgəncələr verilib, iynələr vurulub. Düşmən tərəfindən əsirlərin toxunulmazlığı prinsipinə riayət olunmayıb. 31 gün türmədə qalmışam. Əsirlikdə olanda qələbə qazandığımızdan xəbərimiz yox idi. Dekabrın 11-də onların televizorda bizim parada baxdıqlarını bildim. Bizi Bakıya gətirdiklərini bilmirdik. Bakıya çatanda bildim”/APA