XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 14:45

Erməni əsirliyindən azad edilmiş hərbi qulluqçu:“Bizi su içməyə belə qoymurdular”

“Hərbçilərə yemək aparıb qayıdanda yolu səhv getdik, ermənilər bizi əsir götürdülər. Bizi naməlum istiqamətə apardılar, pəncərəsiz yerdə bir neçə gün saxladılar”.

Bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Nahid Həmidov deyib.

O, əsrilikdə olduğu müddətdə qeyri-insanı hərəkətlərə məruz qaldıqlarını bildirib: “Su içməyə belə qoymurdular. Ermənilər tarixən bizə qarşı düşmənçilik ediblər, saysız-hesabsız terror aktları törədiblər. Bu terror aktlarını bizə deyib, təkrarlayıb, bununla fəxr etdiklərini bildirirdilər”/APA.