XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 19:52

“Qarşı tərəf lazımi cavabını alıb…” –İlham Əliyev Ərdoğana cəbhədəki gərginliklə bağlı məlumat verib

erdoqan-55

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident İlham Əliyevə Qarabağdakı gərgin döyüşlərdə həlak olan qəhrəman əsgərlərimizlə bağlı zəng vurub.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Məlumatda qeyd olunur ki, Ərdoğan cəbhədə şəhid olan əsgərlərimizə görə İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumatda isə bildirlir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib və təşəkkür edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman dəstəyinə görə minnətdarlığını çatdırıb, qardaş Türkiyə xalqına dərin hörmətini ifadə edib. Prezident İlham Əliyev bildirib ki, Ermənistan qoşunların təmas xəttində növbəti dəfə təxribat törədib, Azərbaycanın mövqelərinə hücum çəkib. Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib, qarşı tərəf lazımi cavabını alıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub, 100-dən artıq erməni əsgəri isə məhv edilib.