XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 11:03

ABŞ Konqresi seçkinin nəticələrini təsdiqləmək üçün birgə iclası bərpa edib

ABŞ Konqresi prezident seçkisinin nəticələrini təsdiqləmək üçün Senat və Nümayəndələr Palatasının birgə iclasını bərpa edib.

“RİA Novosti” xəbər verir ki, daha əvvəl Konqresin palataları yalnız Alabama və Alyaskadan olan seçənlərin səslərini təsdiqləyiblər, ardından prezident Donald Trampın tərəfdarlarının Kapitolidə təşkil etdikləri iğtişaşlar səbəbindən iclas uzun müddətə dayandırılıb.

Axşam yenidən bir araya gələn deputatlar üç saata yalnız Arizona ştatından olan səsləri təsdiqləyiblər. Hələ 47 ştat üzrə səslərin təsdiqlənməsi qalır və senatorlar və Nümayəndələr Palatasının üzvləri tərəfindən hansına etiraz ediləcəyi bəlli deyil. Əvvəlcədən Cozef Baydenin qısa zamanda prezident elan edilməsinin əleyhdarları bir sıra ştatlarda elan olunan nəticələrə etiraz etməyi planlaşdırırdı, lakin iğtişaşlar onların planlarını dəyişdirə bilər/Report.