XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 11:51

Təhsil İnstitutuna yeni direktor təyin edilib –FOTO

Təhsil Nazirliyinin tabeliyindəki Təhsil İnstitutuna yeni direktor təyin edilib.

Strateq.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

Bildirilib ki, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rüfət Əzizov Təhsil İnstitutunun direktoru təyin olunub.

Təhsil naziri E.Əmrullayev bu gün R.Əzizovu institutun kollektivinə təqdim edəcək.

Qeyd edək ki, Rüfət Əzizov 2003-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində kimya ixtisası üzrə bakalavr, 2017-ci ildə isə ADA Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. R.Əzizov 2007-ci ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.