XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 13:56

Tramp:"Yanvarın 20-də nizamlı bir şəkildə hakimiyyət keçidi baş tutacaq"

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də postunu tərk edəcəyini bildirib.

CNN-in xəbərə görə, bu barədə D. Tramp yeni seçilmiş prezident Co Baydenin qələbəsinin ABŞ Konqresi tərəfindən təsdiqlənməsindən az sonra qeyd edib.

“Baxmayaraq ki, seçkilərin nəticəsi ilə tamamilə razılaşmıram və faktlar məni dəstəkləyir, lakin yanvarın 20-də nizamlı bir şəkildə hakimiyyət keçidi baş tutacaq. Mən həmişə demişəm ki, yalnız qanuni səslərin sayılmasını təmin etmək üçün mübarizəmizi davam etdirəcəyik. Bu, prezidentlik tarixinin ən möhtəşəm birinci dövrünün bitməsini təmsil etsə də, Amerikanı yenidən güclü etmək uğrunda mübarizəmizin yalnız başlanğıcıdır”, – deyə D. Tramp vurğulayıb/APA.