XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 00:36

Nensi Pelosidən Trampa ağır ittiham:"O, Putinin alətidir..."

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın hərəkətlərini Rusiya prezidenti Vladimir Putin üçün “hədiyyə” adlandırıb.

“RİA Novosti” xəbər verir ki, o, Trampı Putinin “aləti” adlandırıb.

“Bu prezident (Donald Tramp – Red.) Putinin alətidir. Putinin məqsədi dünyada demokratiyanın rolunu, nüfuzunu azaltmaq idi. O, bununla məşğul idi. Və bu istiqamətdə uzun müddət köməkçisi Donald Tramp olub. Prezident dünən Putinə hədiyyələrin ən böyüyünü verdi” – deyə Pelosi keçirdiyi mətbuat konfransında deyib/Report.