XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 09:54

“COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir” –İnstitut direktoru

COVID-19 artıq mövsümi xəstəlik kimi qəbul edilməməlidir. O, mövsümə bağlı olmayaraq, istədiyi zaman yayılır.

Bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, virus artıq bioloji xüsusiyyətlərini dəyişir. Bu virusun qışda aktivləşib, yayda zəifləməsi ehtimalı yoxdur:

“Bu məsələ gündəmdə olmayıb. Yayda ona görə virusun yayılması bir qədər zəif idi ki, qapalı yerlərdə insanlar arasındakı təmas o qədər çox deyildi. Digər tərəfdən, xəstəliyin mutasiyaya uğramış bu forması mövcud deyildi. Əgər mutasiya olsaydı, bu virus yayda da payızda olduğu qədər çox yayıla bilərdi. Əhalinin qışda qapalı məkanlarda olması, virusun mutasiyaya uğraması onun yayılmasını sürətləndirmiş olur”.