XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 13:32

Agentlik sədri:"Şəhid və qazi ailələrinə YAŞAT kartı verilməsi haqqında düşünürük"

“Problemlərin çoxu tibbi xərclərlə bağlıdır. Vəsait olarsa, YAŞAT Fondu məsələri kompleks həll etməyə çalışacaq”. 

Bunu mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, bu şəxslər tibbi sığorta olunsa, tibbi problem olanda heç bir yerə müraciət etmədən o sığorta ilə müalicə etdirə bilərlər: “Şəhid və qazilərin övladları üçün ikinci məsələ təhsil xərcləridir. Müasir dövrün əsas ixtisaslarına yiyələnmələrini, Türkiyədə də təhsil alma imkanı yaradılmasını istəyirik. Bundan başqa, YAŞAT kartı haqqında düşünürük. Hər bir şəhid, qazi ailəsinə veriləcək o kartda marketlər, nəqliyyat, əylənə mərkəzi, otellərdə xüsusi güzəştli paketlər olacaq. Bu kart həmin yerlərdə ailənin adlı kartı olacaq. Planlar çoxdur, məsələlərin cari və kompleks həlli üçün çalışırıq. Amma Fond dövlət strukturu deyil, bu Fond vətəndaşlar üçün yaradılıb, hansı ki, vətəndaşlar ianə edərsə, həmin ailələrə daha çox yardım edəcək, olmasa, fəaliyyət dairəmiz məhdudlaşacaq. Düşünürəm ki, xalqımız bu məsələyə xüsusi həssaslıqla yanaşır”. (apa)