XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 16:54

“Proqnozların etibarlı olması üçün bütün səyləri göstərəcəyik” –Umayra Tağıyeva

“Bu il yeniliklərlə başladıq. Belə ki, proqnozlara əlçatanlığı təmin etmək üçün bu gündən ETSN-nin Meteo.az saytına daxil olmaqla hava haqqında məlumatları daha geniş əldə etmək olacaq”.

Bunu “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, istənilən insan Bakı şəhəri və respublikanın bütün bölgələri üzrə 7 günlük proqnozları əldə edə bilsin:

“Proqnozların etibarlı olması üçün bütün səyləri göstərəcəyik”.

U.Tağıyeva qeyd edib ki, Meteo.az saytında videomateriallar olacaq: “Saytda fermerlər üçün faydalı olan aqrometeorolji məlumatlar yerləşdiriləcək. Meteohəssas insanlar üçün ayrıca bölmə nəzərdə tutulub və orada tibbi-meteoroloji məlumatlar yerləşdiriləcək. Bununla yanaşı, ölkədə gözlənilən hər hansı anomal hidrometeroloji hadisələr barədə xəbərdarlıq bölməsi də nəzərdə tutulub”.