XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 19:17

“Kənd Təsərrüfatı Nazirliyi yeni suvarılan sahələrin istifadəyə verilməsini məhdudlaşdırmalıdır” –AMEA

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov “Yengicə su anbarının reqional ekoloji durumunun nəzəri olaraq texniki əsaslandırılması” mövzusunda keçirilən onlayn iclasda iştirak edib.

İnstitutdan verilən məlumata görə, ölkə ərazisində su anbarlarının yaradılması ilə əlaqədar prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirdə uyğun nazirlik və müəssisələrin nümayəndələri iştitak edib.

İclasda çıxış edən coğrafiyaçı mütəxəssis qeyd edib ki, Yengicə su anbarını inşa edərkən bir neçə məsələni diqqət mərkəzində saxlamaq vacibdir. O deyib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərüfatının inkişafı üçün külli miqdarda su ehtiyatları tələb olunur.

Yengicə su anbarının Vəndam çayının davamı və Kür çayını su ilə təmin edən qollardan biri olan Göyçaya tökülən Qaraçay üzərində tikildiyini diqqətə çatdıran alim su anbarının tikilməsi ilə əlaqədar Göyçayda suyun azalmasının nəticə etibarı ilə Kürün suyun azalmasına səbəb olacağını bildirib.

M.İsmayılov Azərbaycanda Kür çayı boyunca uzanan əsas əkinçilik zonalarının suvarılmasında problemlərin yaranmaması, su çatışmazlığından çəkilən əziyyətlərin qarşıdakı illərdə də təkrarlanması üçün Kür çayında axımın, az da olsa, formalaşmasının olduqca vacib olduğunu söyləyib.

O bildirib ki, su anblarının yaradılması artıq suların ilin soyuq dövründə anbarlarda toplanması üçün zəruridir: “Lakin qarşıdakı 2-3 il ərzində su çatışmazlığını nəzərə alaraq Kənd Təsürrüfatı Nazirliyi sudan istifadə zamanı yeni suvarılan sahələrin istifadəyə verilməsini məhdudlaşdırmalı, mövcud sahələrin su ilə optimal təmin olunmasına üstünlük verilməlidir. Yengicə su anbarının tikildiyi ərazi Qanıx-Əyriçay vadisinə düşür ki, bu vadi yeraltı sularla olduqca zəngindir. Çalışmaq lazımdır ki, həmin yeraltı suları kənd təsərrfatı dövriyyəsinə qoşaraq suvarmada istifadə etmək olsun. Bu kimi məsələlər yeni su anbarlarının inşasında nəzərə alınmalıdır”.