XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 20:12

Mobil operatorlar tərəfindən yerləşdirilən antenlərlə bağlı “Qaynar Xətt”ə 17 şikayət daxil olub –ETSN

“Mobil operatorlar tərəfindən yerləşdirilən antenlərlə bağlı bizim “Qaynar Xətt”ə 17 şikayət daxil olub”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, Operativ Monitorinq Mərkəzinin mütəxəssisləri hər bir şikayəti araşdırmaq məqsədilə ölçü işləri aparıb: “Bu şikayətlərdən 16-sı orada şüalanma norma daxilində müəyyən olunub. Bu qurğuların müəyyən texniki parametrləri var.Onların texniki pasportunda qeyd olunur ki, mənfi təsirlər 2 metrdən artıq dairədə olur. Yəni, əhatə dairəsi mövcuddur. Bu məsələyə dövlət nəzarəti Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir”.