XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Yanvar 2021 - 23:28

Elçibəyin köməkçisindən xüsusi xidmət orqanlarımıza çağırış:"Balasanyanın həbsi prinsip məsələsi olmalıdır!"

Bu fotodakı şəxsə yaxşı, lap yaxşı baxın və kimliyini də heç vaxt unutmayın:

– Qarabağ klanının və separatçıların ən odioz fiqurlarından biri;

– 1990-cı illərdə  Əsgəranda yaradılan “özünümüdafiə qüvvələri”nin komandiri;

– Xocalı soyqırımında qəddarlıqda xüsusi fərqlənən qatil və “meyid alverçisi” kimi tanınan terrorçu;

– Ağdama hücum və Horadiz döyüşlərində törədilən vəhşiliklərdə xüsusi fərqlənən azğın komandir;

– 2012-ci ildə Milli Qəhrəman Allahverdi Bağırovla 1992-ci ildə çəkilmiş fotosunu paylaşaraq, guya, onunla dost olduğunu və işğal altındakı Ağdam ərazisindəki məzarını qoruduğunu iddia edən alçaq;

– seperatçı rejimin “müdafiə nazirinin müavini” və qondarma qurumun “təhlükəsizlik şurasının katibi”;

– 2016-cı il aprel döyüşlərinin iştirakçısı, məğlubiyyəti etiraf edən şəxs;

– 2017-ci ildə “Regionda ən güclü orduya sahib olduğumuz haqqında mif artıq dağıldı”, “Bəli, bizim insan və ərazi itkimiz oldu” etirafını edən, “İndi bütün istiqamətlər üzrə silah-sursat modernləşdirilir”  deyən rəsmi şəxs (bunlar Paşinyanın keçmiş iqtidarlara yönəlik  ittihamlarının  təsdiqıdir);

– Seperatçı rejimin ilk “müdafiə naziri” Samvel Babayan tərəfindən beynəlxalq terrorçu Monte Melkonyanı  öldürməkdə ittiham edilən “qəhrəman”;

– son Qarabağ savaşında “tərəfdarları cəbhəyə gedib əsgərləri ruhdan salan informasiyalar yayıb satqınlıq etməkdə” suçlandırılan, özü ortalıqda görünməyən fərari;

– cinayətkar Koçaryan və Sarkisyanın əlaltısı olan faşist zehniyətli hərbi cani;

– digər separatçı cinayətkarlar – B. Saakyan və A. Arutunyanla düşmənçiliyə görə kənarlaşdırıldığı “təhlükəsizlik şurasının katibi” vəzifəsinə 4 dekabr 2020-ci ildə təkrar  təyinatından  sonra Qarabağdakı terrorçu dəstələrin yenidən təşkilini bəyan edərək, iki dəfə Hadrut və Şuşa rayonu ərazisində əsgərlərimizə qarşı təxribatçı hərəkətlərə birbaşa rəhbərlik edən terrorçubaşı;

– 10 noyabr üçtərəfli bəyanatı imzalayan Baş nazir Paşinyanı ölümlə hədələyərərk, “Nə olursa-olsun, Paşinyan Moskvaya getməməli, Əliyevlə görüşməməlidir” deyib, istefasını tələb edən yaramaz;

– Ermənistan İTV-yə müsahibəsində ”Xalqımızı əmin etmək istəyirəm ki, sərhədlər dəqiqləşəcək, Artsaxın statusu müəyyən olunacaq. Əsgəran, Hadrut rayonlarını0 və digər əraziləri geri qaytaracağıq. Biz uduzmamışıq, diz çökməmişik” deyərək başından yekə bəyanat verən separatçı;

– Köçəryanın təlimatı ilə Qarabağdakı silahlı dəstələrə nəzarəti ələ alraq, “Təcili sərhəd mühafizə xidməti  yaradılmalı, orduya yazılıb, 7 günlük toplantıdan sonra  döyüş növbəsinə başlamaq lazımdır” kimi iddialarla digər terrorçu Arayiki sıxışdırıb bölgədə hakimiyyəti ələ keçirmək üçün fəaliyyətə başlayan tətikçi;

– “Qarabağdakı əhalidə qanunsuz silah və sursat olmadığından, tərksilaha ehtiyac yoxdur” deyən (savaş zamanı könüllülər adı ilə əhaliyə paylanan minlərlə silahın bir hissəsi oktyabrda Ermənistana keçirilərkən müsadirə olundu. Gizli yollarla nə qədər keçirildiyi, əllərdə nə qədər qaldığı bilinmir. Ermənistanda xaos və hakimiyyəsizlik şəraitində həmin  silahlar  özünümüdafiə və qazanc məqsədilə artıq satılmağa başlanıb) revanşist faşist pozuntusu;

– “Azərbaycan Silahlı Qüvvələrini  anlaşmaya zidd olaraq  10 noyabrda müəyyən edilmiş şərti sərhədləri pozaraq  döyüş mövqelərini Ağdam, Əsgəran, Xankəndi və Qırmızı Bazar istiqamətinlərində  Qarabağın içərilərinə doğru irəli çəkib təxribat törətməkdə”  ittiham edən cəzasını gözlyən hərbi cinayətkar;

– Sülhməramlı missiyanı həyata keçirən Rusiyanı İlham Əliyevin “təhdidkar bəyanatını” qınamağa çağıraraq, Qarabağın statusu və sərhədlərinin bərpasından dəm vuran, 52 yaşında universtet bitirən əsgəranlı cahil;

– Azərbaycan dövlətini “düşmən” adlandıraraq, prezidentini müharibə cinayətlərində ittiham etməklə həddini aşan düşmən Vitali Balasanyan!

Müqəddəs varlıq hesab etdiyimiz Azərbaycan dövlətinin başındakı şəxs, kimliyindən və ona münasibətimizdən asılı olmayaraq, düşmən hücumlarından müdafiə olunmalıdır! Azərbaycan dövlətinə qarşı cinayətlər törədərək, Azərbaycanın dövlət başçısını hərbi cinayətlərdə ittiham edən şəxs mütləq cəzasını almalıdır!

Özlərinə qarşı yönələn ittihamlara birbaşa cavab verə bilməyib, sülhə qarşı olan, Azərbaycan xalqının əsas düşmənləri cinayətkar Köçəryanla Sarkisyanın sözçülüyünü edən, getdikcə həddini aşıb azğınlaşan cinayətkar  Balasanyanın həbs edilib cəzalandırılması təhlükəsizlik orqanlarımızın prinsip məsələsi olmalıdır!

Oqtay QASIMOV,

Elçibəy İnstitutunun rəhbəri