XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 22:45

Ordumuzdan Sərkisyana tarixi dərs:Düz 23 il sonra "Horadiz əməliyyatı" təkrarlandı - Video

Horadiz-emeliyyati

Azərbaycan ordusu 23 il sonra Horadiz istiqamətində yenidən uğurlu əməliyat keçirdi. Müdafiə Nazirliyinin məlumatına görə aprelin 2-də Silahlı Qüvvələrimiz ermənilərin təxrinatına cavab olaraq mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində sürətli əks-həmlə həyata keçiriblər. Nəticədə Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Azərbaycan Ordusu düz 23 il əvvəl də Horadiz qəsəbəsini və Füzulinin 20 Arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bilmiş, 21 min hektar ərazi düşmən tapdağından xilas olunmuşdu.

Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi davam etmişdir. Həmin vaxt Sarkisyanın əmri ilə dekabrda ermənilər Beyləqana hücum etmişdilər. Hücumun qarşısını kəsmiş milli ordumuz əks-hücuma keçmiş və qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad etmişdir. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edirdi, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəlilədilər. Lakin əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı. Ermənilərin köməyinə yeni bölmələr gəldi. Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 Arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5 – 2 dəfə Azərbaycan tərəfindən çox oldu.

Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürübmüş. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilibmiş.

https://www.youtube.com/watch?v=DWQoCNYL-30