XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 11:27

Tərtərdə COVID-19 xəstəsi yaşadığı ünvanı tərk edib –DİN

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Pərviz Əhmədovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.

Tərtər RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.