XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 11:58

Təhsil müəssisələrində qərargahlar yaradılıb –İmtahanlarla bağlı

Bu gündən başlayaraq ali və orta ixtisas təhsil müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına başlanılır.

Strateq.az xəbər verir ki, Təhsil nazirinin əmrinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində imtahan qərargahları yaradılıb.

Qeyd edək ki, imtahan sessiyası distant formada olmaqla 4 həftə müddətində keçiriləcək. İmtahanın təşkilində nöqsanlara yol verən şəxslər barədə müvafiq qaydada tədbirlər görüləcək. Sessiya bitdikdən sonra nəticələr barədə 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat təqdim ediləcək.