XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

25 May 2015 - 19:53

Hərbi qulluqçuların ölkədən sərbəst çıxışına qadağa qoyuldu – Sərəncam
Azərbaycan Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna edilən dəyişikliklərlə bağlı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də edilən dəyişikliklərin təsdiq edilməsi barədə fərman imzalayıb.
Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə biləcəklər.