XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2021 - 12:26

Bakıda gizli fəaliyyət göstərən oyun zalı aşkarlanıb –22 nəfər cərimələnib

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa-playstation club” oyun zalı aşkar edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Alfa-Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.