XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 18:16

Bakıya sərnişin daşıyan sürücülər cərimələnib –DİN

Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq Bakıya sərnişin daşımağa cəhd edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sürücülər, Mingəçevir şəhər sakinləri -Fəqan Rəşidov və Məftun Əhmədov idarə etdikləri “Mercedes” markalı mikroavtobuslarla xüsusi karantin rejimi qaydalarını pozaraq sərnişinləri Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma zamanı həmin şəxslərin müəyyən pul müqabilində sərnişinləri Bakı şəhərinə aparacaqlarına dair söz verdikləri məlum olub. Hər iki sürücü Polis Şöbəsinə dəvət olunub. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.