XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 17:54

Rusiyalı minatəmizləyicilər Ağdam rayonunda 65 partlayıcı maddə zərərsizləşdirib –FHN

Rusiya Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunda minalardan təmizləmə işlərini həyata keçirən mütəxəssisləri yanvarın 6-dan etibarən 3 gün ərzində 65-ə yaxın partlayıcı maddə zərərsizləşdirib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, bu müddət ərzində Əfətli yaşayış məntəqəsi yaxınlığında 100 hektara yaxın ərazi minalardan təmizlənib. Partlayıcı maddələrin böyük əksəriyyəti piyada əleyhinə minalar olub.

Bundan başqa, Rusiyanın Noginsk xilasetmə mərkəzinin Xilasedicilərin hazırlıq mərkəzi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri üçün təlimlər təşkil edib. Rusiyalı pirotexniklər minalardan təmizləmə və xüsusi texnikadan istifadə üzrə təlimlər keçirlər. Təlimlərdə 30 azərbaycanlı mütəxəssis iştirak, onlar təlimlərin sonunda müvafiq sertifikatlarla təltif olunacaq.

Rusiya FHN-in yardımı ilə Azərbaycan tərəfində 15 modul tikilisi təhvil verilib. Buraya həm səhra şəraitində yaşayış üçün bloklar, həm də insibati modullar daxildir.

Qeyd edək ki, Ruisya FHN-in 20 nəfərdən ibarət minatəmizləmə mütəxəssisi yanvarın 4-də Azərbaycana gəlib.