XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 18:38

Erməni əsgərlərin valideynləri:“Qarabağ bizim deyil, uşaqlarımız ora göndərilməməlidir”

Erməni əsgərlərinin valideynləri övladlarının qanunsuz şəkildə Qarabağa hərbi xidmətə göndərilməsinə qarşı çıxırlar.

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısındakı növbəti mitinqlərdən birində etirazçılar övladlarını yenidən Qarabağa göndərməyəcəklərini elan ediblər.

“Oğullarımız yalnız Ermənistanın özündə xidmət etməlidirlər. Onların Qarabağda nə işi var? Başa düşməliyik ki, Qarabağ bizim deyil, biz Ermənistan vətəndaşlarıyıq. Bizim Qarabağla heç bir əlaqəmiz yoxdur. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Əgər kimsə oğlumu Qarabağa göndərməyə hazırlaşırsa, o zaman özüm oğluma xidmətdən qaçmaqda yardım edəcəyəm”, – Ermənistan silahlı qüvvələrinin əsgərlərindən birinin atası söyləyib.

Ölkənin Müdafiə Nazirliyinin məsul şəxsləri valideynlərə övladlarının Ermənistanda xidmət edəcəyinə dair söz versə də, onlar inanmağa tələsmirlər.

“Xahiş edirəm, oğlumu Qarabağa göndərməyin. Ölkəmizdə nə baş verir?! Uşaqları dünyaya gətirmirik ki, əlimizdən alıb ölümə göndərsinlər”, – deyə əsgər anası kədərlənib.