XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 16:46

Ərdoğandan Avropaya mesaj:"“Brexit”lə bağlı qeyri-müəyyənlik ancaq Türkiyə ilə aradan qaldırıla bilər”

““Brexit”lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı (Aİ) ailəsində yer alması ilə aradan qaldırıla bilər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

“Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik”, – deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: “Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır. Suriya əsilli 4 milyon nəfəri ölkəmizdə qonaq edirik”/APA.