XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 20:06

Prezident İlham Əliyev Sadır Japarova məktub göndərdi:"İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimiz daha da genişlənəcək"

Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Sadır Japarova məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Japarov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Qırğızıstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.