XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 20:39

Azərbaycanda daha bir medal təsis olundu –FOTO

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı təsis edilib.

Strateq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişikliyi təsdiqləyib.

Bununla da, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib.

Eyni zamanda, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiqlənib.