XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 May 2015 - 04:20

Rusiya ordusu hərəkətə keçdi – Putin əmr verdi

qirici_teyyare.jpg

Rusiyannın Mərkəz hərbi dairəsində hərbi hava qüvvələri və aviasyanın döyüş hazırlığının yoxlanılması ilə bağlı qərar prezident Vladimir Putin tərəfindən qəbul edilib. Mərkəz hərbi dairəsinin 250 təyyarə və vertolyotu, 12 min əsgəri döyüş tapşırıqlarını yetirəcəklər. Dünən Rusiyanın Mərkəz hərbi dairəsində başlayan təlim 4 gün davam edəcək. Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, bu addım “Mərkəz 2015” strateji təliminə hazırlıq məqsədilə atılıb.

Rusiya hərbi rəhbərliyi Mərkəz hərbi dairəsində hərbi hava qüvvələri və aviasyanın döyüş hazırlığı vəziyyətinə gətirilməsini və qəfil yoxlanılmanı bu il nəzərdə tutulan təlimlərə hazırlıq məqsədilə əlaqədar olduğunu izah etsələr də, Qərb KİV-i bu addımı fərqli izah edir. Qərbdə Mərkəz hərbi dairəsində hərbi hava qüvvələri və aviasyanın döyüş hazırlığının yoxlanılmasının Avropada ABŞ, Böyük Britaniya, Niderland, İsveçrə, Norveç, Finlandiya Almaniya və Fransa hərbçilərinin iştirakı ilə keçirilən Arctic Challenge Exercise 2015 (ACE 15) hərbi təlimləri ilə eyni günə təsadüf etməsinə diqqət çəkirlər.

Arctic Challenge Exercise 2015 (ACE 15) hərbi təlimləri 5 iyuna qədər davam edəcək. Təlim İsveçrə, Norveç, Finlandiyanın şimal rayonlarını əhatə edəcək.

Təlimlərlə bağlı açıqlanan məlumatlara görə, hərbi manevrlərdə 115 təyyarə, F-16 və F-18, Hawk T1, Tornado GR4, Mirage 2000, Eurofighter Typhoon и Jas 39 Gripen qırıcı təyyarələri, NATO-nun Awacs kəşfiyyat təyyarələri də iştirak edəcək.

Qərb mətbuatı Kremlin güc nümayişi üçün Mərkəz hərbi dairəsində hərbi hava qüvvələri və aviasyanın hərəkətə keçirildiyini qeyd edirlər. BBC isə Rusiya Baş nazirinin müavini Dmitriy Roqozinin bir televiziya verilişində ölkənin hərbi gücü ilə bağlı suala “tankların viza almağa ehtiyacı yoxdur” cavabını xatırladır.

Strateq.az