XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 13:08

Daha bir şəhid dəfn edilib –FOTOLAR

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.

Məlumata görə, Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Hüseyn Əliyevin nəşi Tovuz rayonuna aparılıb.

Vida mərasimindən sonra şəhid doğulduğu Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Əliyev Hüseyn Sahib oğlu Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi/APA. 

Allah rəhmət eləsin!