XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 15:12

Şəhid Cəlal Bayramov Saatlıda dəfn olunub –FOTOLAR

Vətən müharibəsində şəhid olan Cəlal Bayramov Saatlıda dəfn olunub.

Məlumata görə, Saatlı rayonu Çolpu kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Cəlal Yaqub oğlu 2020-ci il 29 sentyabrda Səfərbərlik Xidmətinin çağırışı ilə cəbhə bölgəsinə yollanıb. Oktyabrın 27-də Laçının Arpagədik kəndində ailəsi ilə danışıb və ondan sonra itkin düşüb.

Cəlal Bayramovun şəhid olduğu yanvarın 13-də ailəsinə xəbər verilib.

DNT analizi vasitəsi ilə nəşin Cəlal Bayramova məxsus olduğu identifikasiya edilib.

Şəhid Saatlının Çolpu kəndində dəfn olunub/APA.

Allah rəhmət eləsin!