XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 14:38

Tərtərdə karantin rejimini pozan kafe aşkarlanıb –FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Kafenin icarədarı Habil Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, müştərilərə isə ciddi xəbərdarlıqlar olunub.