XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 14:16

Bakıda karantin rejimini pozan kafelər aşkarlanıb –28 nəfər cərimələnib

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində “Azad” və “Çinar”adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı “Azad” kafesinin icarədarı Şərafət Hacıev və “Çinar” kafesinin sahibi Tural Mirzəyev  saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər.Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.

Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri  barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.