XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2021 - 15:32

Səfərbərlikdən qayıdan şəxslərin 1158 müraciətinə baxılıb –Müdafiə Nazirliyi

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyindən verilən məlumaya görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 4 gün ərzində 1158 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.
Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 108 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.