XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 10:29

ATƏT sədri tərəfləri hərbi əməliyyatlarıdərhal dayandırmağa çağırdı

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer cəbhə xəttində baş vermiş ən son hadisələrlə bağlı növbəti bəyanat verib.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda F.-V. Ştaynmayer Dağlıq Qarabağ münaqişəsində gərginliyin azaldılması səylərinə fəal şəkildə qoşulduğunu qeyd edib.

Bəyanatda bildirilir ki, fəaliyyətdə olan sədr atəşkəs pozulmalarının ötən illərlə müqayisədə keyfiyyətcə yeni mərhələyə keçməsinin müşahidə edildiyi vəziyyətdən ciddi narahatdır.

Bəyanatda, həmçinin qeyd edilib ki, yaranmış vəziyyətlə bağlı F.-V. Ştaynmayerin Ermənistanın xarici işlər naziri ilə telefon danışığı olub və o, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da telefon əlaqəsi saxlayacaq.

Almaniyalı diplomat bəyanatda tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb(azərtac).