XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 11:39

TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdama səfər edib –FOTO

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Qonaqlar Ermənistanın dağıtdığı Ağdamda şəhərinin xarabalıqları ilə tanış olublar və Ağdam Cümə məscidinə gediblər. Nümayəndə heyəti Pənahəli xanın məqbərəsinə də səfər ediblər.

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev və digər şəxslər daxildir.

Qonaqlar Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.