XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 13:15

“Vətəndaşların müraciətlərinə baxılması üçün daha iki komissiya yaradılacaq” –Müdafiə Nazirliyi

Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxılması üçün daha iki komissiya yaradılacaq.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, fəaliyyətimizin genişləndirilməsi üçün 2 səyyar qrup daha yaradılması qərara alınıb.

“Yanvar ayının 18-dən etibarən Bakı şəhərində yerləşən Pirəküşkül qəsəbəsindəki hərbi hissədə və Gəncə şəhərində yerləşən hərbi hissənin ərazisində səyyar  komissiya fəaliyyət göstərəcək”.