XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 13:25

TDƏŞ-in baş katibinin müavini:“Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birlikdə olacağıq”

“Türk Şürası hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla əlaqədar müvafiq qətnamələr də qəbul edilib”.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin müavini Qismət Gözəlov deyib.

O, bildirib ki, TDƏŞ hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“İkinci Qarabağ müharibəsində də Türk Şürası həmişə Azərbaycan xalqının, dövlətinin yanında olub. Baş katibin Gəncəyə də səfəri olmuşdu. O zaman da Baş katib Gəncədə ermənilərin törətdiyi vəhşiliklə bağlı bəyanat vermişdi. İndi isə bu səfərdə məqsədimiz odur ki, erməni vəhşiliyini bütün dünyaya göstərək. Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə müvafiq addımlar atmaq niyyətindəyik. İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı ilə əlaqədar işlərimiz olacaq”.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdam səfəri zamanı çəkilən fotoları təqdim edirik: