XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 14:50

Səfərbərlikdən tərxis edilən 1 953 nəfərin müraciətləri qeydə alınıb –VİDEO

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Strateq.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya 6 gün ərzində 1 751 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiya tərəfindən həftə ərzində cəmi 1 953 vətəndaş qəbul edilib və müraciətləri qeydə alınıb.