XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 15:13

Türkiyə Milli Müdafiə Nazirliyi:"Türkiyə və Azərbaycan Ordusu ortaq hərbi təlimlərə başlayacaq"

Fevralın 1-dən 12-dək Türkiyə ilə Azərbaycan ordusu arasında ortaq hərbi təlimlər keçiriləcək.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Qış-2021 Türkiyə-Azərbaycan Taboru Kombinə Edilmiş Birgə Vəzifə Gücü Təlimi”nə qatılacaq Azərbaycanlı hərbçilər artıq Qarsa gediblər.

“Qarabağda Ermənistan Ordusuna qarşı böyük bir qələbə qazanan qardaşlarımızı qürurla qarşılayırıq. “Bir millət, iki dövlət” anlayışımızla “bir ürək, bir bilək, bir yumruq” kimi birləşərək, fəaliyyətlərimizə davam edəcəyik!” – deyə məlumatda bildirilib.