XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 22:22

ALEKSEY NAVALNI MOSKVAYA DÜŞƏN KİMİ, SAXLANILDI –Onu qarşılamağa gələnlər də həbs olundu

Kremlin tənqidçisi Aleksey Navalnı Rusiyaya çatan kimi, həbs edilib.

Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, həbsə səbəb Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib.

O, hazırda 3,5 il həbs cəzası ala bilər.

Bundan əlavə, Rusiyanın İstintaq Komitəsi Navalnı barədə iki əlavə cinayət işi açdığını bildirib.

Planlarını elan edərkən Navalnı həbs ediləcəyi ilə bağlı hədələrin onu sürgünə məcbur etmək cəhdi olduğunu deyib.

“Vnukovo” hava lımanına Navalnını qarşılamağa gələnlər də saxlanılıb. Məlumata görə, saxlananlar arasında Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşları Lyubov Sobol və Ruslan Şaveddinov, bundan başqa, yeni azadlığa buraxılan keçmiş siyasi məhbus Konstantin Kotov və Navalnının qardaşı Oleq Navalnı da var.

Navalnının olduğu təyyarə yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Təyyarədə olan jurnalistlərin suallarına cavab verən Navalnı həbs oluna biləcəyini istisna etməyib.

Başqa belə xəbərdarlıqlar Rusiyanın müxtəlif şəhərlərindən qarşılama üçün Moskvaya yola düşmək istəyənlərə də edilib.

Xatırladaq ki, 2020-ci il avqustun 20-də Tomskdan Moskvaya uçduğu təyyarədə Aleksey Navalnının səhhəti kəskin pisləşib. Vəziyyəti kritik olduğundan, təyyarə Omsk hava limanına təcili eniş edib. Bir müddət yerli xəstəxanada qaldıqdan sonra o, xüsusi təyyarə ilə Almaniyaya aparılıb. Berlindəki “Charite” klinikasında 32 gün intensiv müalicə olunub.

Sentyabrın 2-də alman həkimlər üç müxtəlif laboratoriyanın nəticələrinə istinad edərək, Navalnının “Noviçok”la zəhərləndiyini bəyan ediblər.