XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 12:25

Nazir müavini:"2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib"

“2020-ci il çətin il olsa da, qarşıya qoyulan sosial proqramlar hamısı geniş şəkildə icra olunub”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2020-ci ilin sosial göstəricilərinə həsr olunan mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, postmüharibə dövründə artıq 11 mindən çox şəhid ailəsi üzvü, qazi, müharibədən zərər çəkən şəxs sosial dəstəklə əhatə olunub. Nazir müavini deyib ki, 2650 şəhidin 6500 ailə üzvünə sosial ödənişlər təyin edilib: “Şəhid ailələri 300 manat prezident təqaüdü alırdı, ötən ilin dekabrında bu məbləğ artırılaraq 500 manata çatdırılıb. Azərbaycanın Milli Qəhrəmanı üçün Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. Eyni zamanda Prezidentin qərarı ilə “Vətən müharibəsi qəhrəmanı” adı verilmiş şəxslər üçün 2000 manatlıq təqaüd təyin edilib və yanvarın 1-dən ödənişlərə başlanılıb”.

Nazir müavini eyni zamanda qeyd edilən kateqoriyalardan olan şəxslərin aktiv məşğuluq proqramlarına cəlb olunduğunu, onlara sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərildiyini diqqətə çatdırıb. (apa)