XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 15:59

Tərtərdə karantini pozaraq futbol oynayan şəxslər saxlanıldı –DİN

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində xüsusi karantin rejiminin qaydalarını pozaraq futbol oynayan bir qrup şəxs aşkar edilib.

Qayda pozuntusuna yol verən 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar, 11 nəfər yeniyetmənin valideynlərinə isə ciddi xəbərdarlıqlar edilib.